Azərbaycan və Yaponiya XiN-ləri birgə bəyanatla çıxız ediblər

img

18-06-2009 [04:43]


Yaponiya hökumətinin dəvəti ilə həmin ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yaponiyalı həmkarı Hirofumi Nakasone ilə görüşüb. Görüşdən sonra nazirlər birgə bəyanatla çıxış ediblər. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq aləmdə tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacib olduğunu vurğulayıb. Yapon tərəfi regionda sülhün və stabilliyin əldə edilməsinə istiqamətlənən cəhdləri dəstəkləyib. Asiya ilə Avropa arasında yol kəsişməsində yerləşən Qafqaz regionunun bütün əhali üçün sülh və tərəqqi regionuna çevrilmə potensialı olduğu qeyd edilib. Yaponiya ilə Azərbaycan arasında son illər aparılan fəal və məhsuldar dialoq və siyasi məsləhətləşmələr yüksək qiymətləndirilib. Hər iki tərəf ?GUAM-Yaponiya? dialoqunun turizm, ticarət və sərmayələr, enerjiyə qənaət və ətraf mühitin mühafizəsi kimi qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq üçün möhkəm bünövrə olduğunu vurğulayıb. Azərbaycan tərəfi Yaponiyanın GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) verdiyi dəstəyə və Yaponiya ilə GUAM arasında fəal əməkdaşlıq aparılmasına görə öz minnətdarlığını bildirib. Yaponiya tərəfi geosiyasət və enerji siyasəti nöqteyi-nəzərindən Yaponiya üçün əhəmiyyətli olan Azərbaycanın stabilliyi və inkişafının bütün Qafqazda inkişaf və sülhə töhfə verəcəyini diqqətə çatdırıb. İki ölkə arasında ticarət və investisiyaların gələcək genişlənməsində Yaponiya-Azərbaycan İqtisadi Komissiyasının oynadığı rolun əhəmiyyətini nəzərə alaraq, hər iki tərəf komissiyanın yaxın gələcəkdə növbəti birgə görüşünün keçirilməsinin zəruriliyi vurğulayıb. Bundan başqa millətlərarası və mədəni mübadilənin gücləndirilməsinin elm, təhsil, mədəniyyət və səhiyyə sahələri üzrə qarşılıqlı anlaşmanın artırılmasının əhəmiyyətli olduğu bildirilib. Qeyd edək ki, Elmar Məmmədyarovun Yaponiyaya səfəri iyunun 21-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA