isa Qəmbərin müxalifətin yeni birliyi ilə bağlı təklifi dəstəklənir

img

18-06-2009 [04:29]


Bu gün Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşəbbüsü ilə keçirilən ?QHT-lər haqqında? qanuna əlavə və dəyişikliklər edilməsi məsələsinə həsr olunan toplantıda Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifətin yeni formatda birləşməsini təklif edib. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 20 illik yubileyinin yaxınlaşdığını qeyd edən İsa Qəmbər təklif edib ki, ölkədə yaranmış mövcud situasiyadan ən optimal çıxış yolu Azərbaycan Xalq Cəbhəsinin bərpa edilməsi və hamının vahid təşkilatda birləşməsidir. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, İ.Qəmbərin bu təklifi normal təklifdir: ?Zaman-zaman bu cür təklif verənlər olub. Biz neçə vaxtdır danışırıq, hələlik bir iş görə bilmirik. Mən o qənaətdə deyiləm ki, bu təklif söz olaraq qalacaq, yoxsa əməli iş olacaq. Hər halda dəyərli təklifdir, reallaşsa, daha yaxşıdır. Bu birliyin ?Xalq Cəbhəsi? adlandırılması da cəlbedicidir. Yəqin ki, səy göstərilərsə, nəyəsə nail olmaq mümkündür. Amma son 9 ildə, xüsusiylə də Əbülfəz bəy dünyasını dəyişəndən sonra bu, bir neçə dəfə, bir neçə şəxs tərəfindən irəli sürülmüş təklifdir, necə olacağını isə zaman göstərəcək?. Belə bir vahid mərkəz yaradılacağı təqdirdə KXCP-nin bu birlikdə təmsil olunub-olunmayacağına gəlincə, M.Mirəlioğlu bu barədə qərarı zamanı gələndə verəcəklərini söyləyib. Onun sözlərinə görə, bütün hallarda birliyin yaradılması müsbət nəticə verə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA