Həsrət Rüstəmov: ?Siyavuz Novruzovun bu mövqeyi tamamilə yanlızdır?

img

18-06-2009 [01:21]


Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hakimiyyətlə müxalifət arasında dialoq təklifi ilə çıxış edənlərə maraqlı məsləhət verib. YAP-çı deputat deyib ki, hazırda dialoqa ehtiyac yoxdur və dialoq köhnəlmiş metoddur. Hakimiyyət-müxalifət dialoqunun reallaşmasına cəhd göstərən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, dialoq daim gündəmdə olan və demokratik ölkələrin davamlı olaraq, istifadə etdiyi bir metoddur. H.Rüstəmovun sözlərinə görə, əslində hakimiyyət bu cür mövqe sərgilədiyi üçün Azərbaycanda dialoq baş tutmur: ?Bu, bizim kəşfimiz deyil. Demokratik cəmiyyətlərdə hakimiyyətlə müxalifət, hakimiyyətlə vətəndaşlar arasında dialoqlar olur. Ona görə də buna qarşı çıxmaq sadəcə olaraq, məntiqsizlikdir?. S.Novruzovun fikirlərinə gəldikdə, ADP yetkilisi ?Mən başa düşə bilmirəm, dialoq köhnə metoddur deməklə, nəyi nəzərdə tutur. Məgər dialoq orta əsrlərin metodudur? Siyavuş Novruzovun bu mövqeyi tamamiylə yanlışdır. Əslində Siyavuş Novruzovun təmsil olunduğu hakimiyyətin özü orta əsrlərin qaydaları ilə işləyir?,- söyləyib. H.Rüstəmov onu da nəzərə çatdırıb ki, ADP dialoq təklifində israrlıdır və hazırda da bunun baş tutması üçün çalşır. Amma hakimiyət bu istiqamətdə müsbət addım atmır. Onun sözlərinə görə, bu məslədə hakimiyyətin mövqeyi Siyavuş Novruzovun mövqeyindən elə də fərqlənmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA