Birləzmiz müxalifət QHT-lərlə bağlı dəyiziklikləri gündəlikdən çıxarmağı tələb edir

img

17-06-2009 [05:34]


Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan partiyalara QHT-lərin fəaliyyəti ilə bağlı bəzi qanunvericilik aktlarına təklif olunan dəyişikliklərə etiraz bəyanatı imzalayıblar. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bəyanat müəllifləri hesab edirlər ki, QHT-lərlə bağlə nəzərdə tutulan bu dəyişikliklər anti-demokratikdir və heç bir qanuni əsası yoxdur: ?Demokratiyanın inkişafını özünə təhlükə sayan hazırkı iqtidar hakimiyyətdə olduğu 16 il ərzində Azərbaycanda hər vəchlə siyasi partiyaların fəaliyyətini, söz və mətbuat azadlığını, vətəndaşların sərbəst toplaşma hüquqlarını məhdudlaşdırmış və bu dövr ərzində bir dəfə də olsun azad və ədalətli seçkilər keçirməmişdir. Xalqın müqavimətini qırmaqla diktatura rejimini daha da möhkəmləndirmək məqsədilə hakimiyyətin siyasətini tənqid edən siyasi partiya fəalları, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçiləri ayrı-ayrı dövrlərdə təqib və həbs olunmuşdur. Avropa Şurasına üzv olan ölkədə siyasi məhbuslar ordusu yaradılmışdır. 2002-ci il 24 Avqust referendumundan etibarən hakimiyyət özünün mürtəce xarakterini qanuniləşdirməyə start verib. Proporsional seçki sisteminin ləğvi ilə siyasi proseslərdə partiyaların rolu əhəmiyyətli dərəcədə azaldıldı. Eyni zamanda əsas insan və vətəndaş hüquqları məhdudlaşdırıldı. 2009-cu il 18 Mart referendumu ilə isə ölkədə mövcud monarxiya rejiminin hüquqi bazası yaradıldı. Bunun nəticəsidir ki, hakimiyyət bu dəfə də demokratiyanın son qalaları hesab olunan media və QHT sektorunun məhvinə yönəldilən qanunvericilik təşəbbüsü ilə çıxış edir. Bu azmış kimi inanclı vətəndaşlarımızı da özünə təhlükə hesab edən Azərbaycan iqtidarı ?dini etiqadlar və azadlıqlar haqqında qanunu? da mürtəceləşdirmək fikrindədir?. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı hesab edir ki, hakimiyyətin bu təhlükəli niyyəti və davamlı olaraq həyata keçirdiyi yanlış siyasəti nəinki Azərbaycanda demokratiyanı təhlükə altına alır, həm də ölkəmizin beynəlxalq aləmdəki nüfzunu belə təhdid etməkdədir: ?Biz hakimiyyətdən tələb edirik ki, sözügedən qanunlara təklif olunan dəyişikliklər parlamentin gündəliyindən çıxarılsın, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə olunsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA