MMP iranın Azərbaycandakı səfirliyi qarzısında piket keçirəcək

img

17-06-2009 [03:44]


Müasir Müsavat Partiyasının 50 nəfərdən ibarət üzvü İranda prezident seçkilərindən sonra dinc aksiya keçirən soydaşlarımıza qarşı yol verilən zorakılığa və represiyalara qarşı etiraz əlaməti olaraq 22 iyun saat 14.00-da İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiya aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edilib. Bu gün MMP İranda törədilən qanlı olaylara qarşı etiraz bəyanatı da yayıb. Bəyanatda qeyd olunur ki, İyunun 12-də İranda keçirilən prezident seçkilərindən sonra keçmiş prezident Əhmədi Nejadın qalib gəldiyi göstərilsə də, onun rəqibi olmuş islahatçı Mirhüseyn Musəvinin tərəfdarları bununla razılaşmayaraq Tehran və başqa şəhərlərdə kütləvi etiraz aksiyaları keçirirlər. Nümayişçilərin polislə toqquşması zamanı yaralananlar və ölənlər var. Yaranmış gərgin vəziyyət və soydaşlarımızın İran polisləri tərəfindən zorakılığa məruz qalması hər bir azərbaycanlı kimi Müasir Müsavat Paprtiyasının üzvlərini də narahat edib və hiddətləndirib. MMP-çilər İran hökumətinin dinc nümayişçilərə qarşı yol verdiyi zorakılığı və represiyaları pisləyir və hesab edir ki, dinc etiraz aksiyaları zamanı 7-8 nəfərin dünyasını dəyişməsi yüzlərlə nümayişçinin döyülərək həbs edlməsi nəinki insan haqlarına, həm demokratiyaya, həm də dini ? etiqadın güclü olduğu bir ölkədə Allaha qarşı günahdır. MMP-çilər tezliklə İran hökumətinin bu zorakılığı dayandırmasını tələb edir və yaranmış seçki böhranınını məhz İran Konstitutsiyası və qanunları çərçivəsində həll edilməsini istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA