Gürcüstan azərbaycanlıları Qurtuluz günü münasibətilə tədbir keçirilib

img

16-06-2009 [01:13]


Gürcüstan azərbaycanlılarının Tbilisidəki ?Varlıq? Mədəniyyət Mərkəzində 15 iyun - Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqü Mehdizadə iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın böhrandan çıxış yollarını müəyyənləşdirmiş, onun işləyib hazırladığı strategiya qısa müddət ərzində ölkəni xaos və anarxiyadan xilas etmişdir. Ümummilli liderin uzaqgörən siyasətinin bu gün də öz bəhrələrini verdiyi, Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyi vurğulanmışdır. ?Gürcüstan? qəzetinin baş redaktoru Süleyman Süleymanov, General Elbrus Orucov. ?Varlıq? Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümmət, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək ulu öndərin əvəzsiz xidmətlərindən danışmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA