irandakı qanlı qarzıdurmalarda 7 nəfərin öldüyü bildirilir

img

16-06-2009 [12:15]


[/center] Məlumatlara görə, dünən axşam Tehranda mitinqçilərin sayı 100 min nəfəri keçib. Buna paralel olaraq, ölkənin digər iri şəhərlərində də aksiyalar keçirilib və seçki nəticələrinin saxtalaşdırıldığı bəyan olunub. Prezidentliyə namizəd Mirhüseyn Musəvi ilk dəfə mitinqçilər qarşısında çıxış edib. O, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək, tərəfdarlarını dinc aksiyaları davam etdirməyə çağırıb. Musəvi bəyan edib ki, aksiyalar, seçkilərin nəticələri ləğv olunaraq yeni səsvermə təyin edilənədək davam edəcək. Musəvi tərəfdarlarının dinc aksiyalar keçirmək bəyanatına baxmayaraq, mitinqlər zaman ölənlər barədə də məlumatlar daxil olmaqdadır. Müxalifət Şirazda aksiya zamanı polisin tələbəni öldürdüyünü bildirir. ?Associated Press? agentliyinin fotoqrafı isə Tehranda aksiya zamanı bir nəfərin güllələndiyini qeyd edib. İran dövlət radiosu isə dünən gecə silahlı qarşıdurma nəticəsində 7 nəfərin ölməsi barədə məlumat yayıb. Hazırda İranın 19 şəhərində, o cümlədən Tehran, Şiraz, İsfahan, Əhvaz və Kərəc şəhərlərində silahlı qarşıdurmalar davam edir. [center][lib]2010/iran-olay-2.jpg[/lib][/center] Türkiyə mətbuatı isə yazır ki, Tehranın mərkəzindəki Azadi meydanında, hökümət tərəfdarları könüllü polislərin olduğu binadan etiazçılara atəş açıb. Həmin hadisə zamanı ən azı bir nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və dəyənəklərdən istifadə etdiyi də verilən məlumatlar arasındadır. İran təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları da etirazın yatırılmasında iştirak ediblər. ?Röyters?in xəbərinə görə, təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadəsindən sonra etirazçılar dağılmağa başlayıblar. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama İranda baş verən hadisədən narahat olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA