Elmira Ələkbərzadə izlərini payıza saxlayır

img

14-06-2009 [06:20]


[b]Hələlik isə müğənni Amerikaya səfərə hazırlaşır [/b] Gənc bəstəkar Muxtar Abseynovun "Parla, ey Günəşim" mahnısına klip çəkdirməyi düşünən müğənni Elmira Ələkbərzadə bu və digər yaradıcılıq işlərini yay fəsli bitəndən sonra təqdim etməyi düşünür: "Yayı Nyu-Yorkda keçirəcəyəm. Geri dönəndən sonra Muxtarla daha bir layihəmiz olacaq. Bundan əlavə, sentyabrda saytım yenilənmiş variantda işə düşəcək. ABŞ-dakı işlərim də qaydasındadır. Sevindirici haldır ki, Nyu-Yorkda, Los-Ancelesdə verdiyim konsertlərin tamaşaçıları ancaq azərbaycanlılar olmur. Bunlarla özümü reklam etmək niyyətim yoxdur. Bizdə belə bir fikir yaranıb ki, efirdə nə qədər çox görünsən, bir o qədər yaxşıdır. Bu, düzgün deyil. Sənətçi tamaşaçı qarşısına işi ilə çıxmalıdır. Boş-boş ortalığa çıxmağın nə mənası? Bununla özümü gözdən salmaq istəmirəm. Təəssüf ki, ötən il, noyabrın 10-u, 35 illiyimə pərəstişkarlarıma vəd etdiyim albomumun üzərində işlər çox ləngidi. İnşallah, sentyabrda onun da təqdimatını nəzərdə tutmuşuq. Albomda əsasən mənim və Muxtarın mahnıları yer alacaq". Bacısı Sevdanın da öz sənətinə ciddi yanaşdığını vurğulayan Elmira xanım onun uğurlarından fərəhləndiyini söylədi: "Məndən tez-tez münasibətlərimiz barədə soruşurlar. Əti dırnaqdan ayırmaq olmaz. Sevdanın uğuru mənim də uğurumdur. Arzu edirəm ki, bütün bacılar bizim kimi olsun. Son vaxtlar Sevdanın işləri çox oldu. Avropada yeni albomu çıxdı. Albomun Almaniyada, sonra isə Bakıda təqdimatı keçirildi. İnşallah, yaydan sonra onunla daha bir duetimiz olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA