18 may-18 iyun respublikamızda ?insan Hüquqları aylığı? dır

img

08-06-2009 [02:16]


9 iyun 2009-cu il tarixdə saat 15:00-da Tofiq İsmayılov adına Uşaq Rəsm Qalereyasında (Ünvan: 28 may küçəsi 21)100-dən artıq uşağın sərgisi təşkil olunacaq. Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. Belə ki, bu sərgi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, həmçinin 2009-cu ilin ?Uşaq ili? elan olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş tədbirlər planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək. Bununla yanaşı qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 may- 18 iyun respublikamızda ?İnsan Hüquqları aylığı? kimi qeyd olunur. Rəsm sərgisi də bu aylıq çərçivəsində gerçəkləşdirilən tədbirlərdən biridir. Sərgidə Bakı şəhərinin müxtəlif rəsm dərnəklərindən olan 80-dən artıq uşağın 100-ə yaxın rəsm əsəri sərgilənəcəkdir. Rəsm əsərləri əsasən uşaqların asudə vaxtı, təhsili, sağlamlığı, ailə hüquqlarını əhatə edir. Tədbirdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi, millət vəkilləri, əlaqədar dövlət orqanlarının rəhbərlərinin iştirakı planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA