iranda qarzıdurma: Musəvi tərəfdarları ilə polis arasında qanlı qarzıdurmalar davam edir

img

13-06-2009 [10:13]


Bu gün İranda keçirilən prezident seçkiləri başa çatıb. Mərkəzi Seçki Komissiyasının elan etdiyi məlumata görə, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad seçkidə qalib olub. Ancaq əslən azərbaycanlı olan Mirhüseyn Musəvi nəticələrin saxtalaşdırıldığını bəyan edərək, sonucla razılaşmır. Bu səbəbdən də onun tərəfdarları nəticələrə etiraz əlaməti olaraq küçələrə çıxıblar. Hazırda İranda vəziyyətin kritikləşdiyi bildirilir. Qeyd edək ki, hələ seçki başlamamış Musəvinin tərəfdarları nəticələrin saxtalaşdırılacağı təqdirdə məxməri inqilab edəcəklərini bildirmişdilər. İnqilab keşikçiləri isə ?İnqilaba cəhd etsəniz, əzəcəyik? cavabını vermişdilər. Artıq qarşıdurma reallaşır. Bir sıra xarici xəbər portallarının yaydığı məlumata görə, İranda Musəvi tərəfdarları ilə Əhmədinedatı dəstəkləyən polis qüvvələri arasında qarşıdurma yaranıb. ?Təbrizdə camaat heyrət içindədir, Mahmud Əhmədinejadın seçilməsinə görə həm kədərləniblər, həm də qəzəbləniblər?. Bunu isə ?Azadlıq? radiosuna təbrizli fəal Çingiz Bəxtəvər deyib. O, bildirib ki, indi Təbrizdə də, İranın başqa böyük şəhərlərində də polis hökumət binalarını mühasirəyə alıb: ?Onlar bilirlər ki, seçkini saxtalaşdırıblar, ona görə əvvəlcədən tədbirlər görürlər. Azərbaycanlıların haqqı tapdalanıb, azərbaycanlıların əksəriyyəti Musəviyə səs vermişdi. Bu da səslərin böyük əksəriyyəti demək idi?. Ç.Bəxtəvər bildirib ki, Təbrizdə azərbaycanlılar Əhmədinejadın yeni Mirhüseyn Musəvinin tərəfdarları Tehranda etiraz aksiyası zamanı polis motosikletini yandırırlar, 13 iyun 2009 hakimiyyətinə qarşı kütləvi aksiyalar keçirmək istəyirlər. Urmiyada rəsmən uduzmuş namizəd Mirhüseyn Musəvi tərəfdarları etiraz etmək istəyiblər, polis aksiyanı dağıdıb. Bu haqda Urmiyadan azərbaycanlı fəal İsmayıl Cavadi xəbər verib. Cavadi deyir ki, Musəvi tərəfdarları ?diktatora ölüm!? şüarları səsləndiriblər. Əhmədinejadı dəstəkləyənlər isə şəhərdə şənlik edirlər. MİA-ya daxil olan məlumata görə, proseslər hələlik zor gücünə yatırılsa da, gərginlik hələ də davam edir. Belə ki, Musəvi tərəfdarlarının etiraz aksialarını sabah da davam etdirmək niyyətindədirlər. Görünən odur ki, sabah Təbriz, Tehran və digər böyük şəhərlərdə qanlı qarşıdurmalar davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA