Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında 13 məsələyə baxılacaq

img

13-06-2009 [02:35]


Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasının gündəliyinə 13 məsələ daxil edilib. Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat Deputat qrupunun üzvü Pənah Hüseyn deyib ki, iclasda ?Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında? konstitusiya qanununa dəyişiklik edilməsi barədə layihə ikinci, ?Təhsil haqqında? qanun ücüncü oxunuşda, ?Bədən tərbiyəsi haqqında? qanun isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bundan başqa, ?QHT haqqında?, ?KİV haqqında?, ?Büdcə sistemi haqqında?, ?Milli Bank haqında?, ?Dini etiqad azadlığı haqında? qanunlara və Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi layihəsinə baxılacaq, Füzuli, Hacıqabul və Naxcıvanın bir neçə rayonunun inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq. Deputatlar ?Fərdi məlumatlar haqqında? yeni qanun layihəsini də müzakirə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA