Əvəz Temirxan Pənah Hüseyni məhkəməyə verməkdən vaz keçib

img

12-06-2009 [06:44]


Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxanla ?Yeni Müsavat? qəzeti arasındakı çəkişmə davam edir. Qeyd edək ki, Ə.Temirxan Müstəqil İnformasiya Agentliyinə sözügedən qəzetdə onun ünvanına təhqiramiz ifadələrin yer aldığını əsas gətirərək, qəzet rəhbərliyini məhkəməyə verəcəyini bildirmişdi. ALP sədr əvəzi öncə ?Yeni Müsavat?ın məsləhətçisi, Müsavat Deputat qrupunun üzvü Pənah Hüseyni də məhkəməyə vermək niyyətində olduğunu açıqlamışdı. P.Hüseyn isə ?Indiki məqamda Əvəz Temirxanın nə özü, nə də sözü məni maraqlandırmır. Açığı, onun nə üçün belə isterikaya düşdüyünü anlamıram və məni nədən məhkəməyə vermək istədiyini də başa düşmürəm. Lakin məhkəməyə müraciət etmək hər bir vətəndaşın hüququdur. Əvəz Temirxan məni məhkəməyə verərsə, yəqin iddia ərizəsinin bir surəti də mənə gələr, bilərik nə istəyir, özümüzü müdafiə edirik? deyərək, narahat olmadığını vurğulayıb. MİA-ya açıqlama verən Əvəz bəy isə ?Guya Pənah Hüseyn kimdir ki? Düzü, o, mənim adımı çəkməyib. Əgər nəsə deyibsə də üstü-örtülü, yaxud ad çəkmədən danışıb. Buna görə də onu məhkəməyə verməyəcəyəm. Amma həmin qəzeti məhməyə verəcəm. Qoy, yazdıqlarını sübut eləsinlər. Pənah Hüseynə gəlincə, o, mənim dediklərimə əhəmiyyət vermirsə, mən dünəndən ona əhəmiyyət vermirəm?- deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA