ABŞ Dağlıq Qarabağ münaqizəsinin həllində irəliləyizə nail olunmasına töhfə verməyə hazırdır

img

12-06-2009 [02:00]


ABŞ regionda sülhün və stabilliyin bərqərar olmasında maraqlıdır və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmasına töhfə verməyə hazırdır. Bu barədə Azərbaycan XİN-dən ANSPRESS-ə verilən məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Xarici işlər naziri Elmar Məmmədyarovla iyunun 11-də baş tutan görüşündə bildirib. F.Qordonun sözlərinə görə, ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr yüksək səviyyədədir və bu münasibətlərin inkişaf potensialını genişdir. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov isə öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu bildirərək bu istiqamətdə rəsmi Vaşinqtonun dəstəyinin əhəmiyyətli olduğunu bildirib. Münaqişənin göstərilən prinsiplər əsasında həllinin regionda uzunmüddətli sülhün və stabilliyin bərqərar olmasında mühüm rol oynayacağını deyən E.Məmmədyarov buna tezliklə nail olunmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycanla ABŞ arasındakı əməkdaşlığın yüskələn xəttlə inkişaf etdiyini vurğulayan E.Məmmədyarov Vaşinqtona son səfəri çərçivəsində apardılmış münzakirələrin faydalı olduğunu və Obama administrasiyası dövründə bu əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanda ilk dəfə olan amerikalı qonaq bura gəlməzdən öncə Ermənistan və Gürcüstanda səfər zamanı keçirdiyi görüşlər barədə məlumat verib. Öz növbəsində F.Qordonu Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən nazir E.Məmmədyarov onu yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb. Tərəflər digər birgə maraq kəsb edən ikitərəfli, regional, qlobal mövzular ətrafında da fikir mübadiləsi aparıblar. Xatırladaq ki, Filipp Qordon dünən Azərbaycana gəlib və bir sıra görüşlər keçirdikdən sonra gecə saatlarında Bakını tərk edib. Qeyd edək ki, regiona səfəri çərçivəsində o, əvvəlcə Ermənistanda, sonra isə Gürcüstanda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA