Araz Əlizadə bələdiyyə seçkilərinin saxtalazdırılmayacağını deyir

img

12-06-2009 [01:47]


?Azərbaycanda bu günə kimi keçirilən seçkilər necə keçibsə, qarşıdan gələn bələdiyyə seçkiləri də o cür keçəcək. Bir şeyi də deyim ki, artıq seçkilərdə saxtalaşdırma olmur. Düşünürəm ki, bələdiyyə seçkilərində də saxtakarlıq olmayacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, hazırda seçkini saxtalaşdırmağa heç bir zərurət yoxdur: ?Çünki seçicilər məmnuniyyətlə öz səslərini satırlar. Kim pulla o səsləri ala biləcəksə, o da seçiləcək. 2005-ci il parlament seçkilərində biz bunun şahidi olduq. Kim yol çəkdi, abadlıq işləri apardı, kim pul payladı insanlar ona səs verdilər. Ona görə də hakimiyyət seçkilərin nəticələrini saxtalaşdırmadı. Bələdiyyə seçkilərində də eyni vəziyyət yaranacaq?. A.Ələizadə bu vəziyyətin yaranmasında həm iqtidarın, həm də müxalifətin eyni dərəcədə təqsirli olduğunu bildirib. ASDP həmsədrinin sözlərinə görə, müxalifət imkan verməsəydi, hakimiyyət belə bir vəziyyətin yaradılmasına nail olmazdı, insanlarda səslərini pula satmazdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA