?Bizim müxalifətçilər imitasiya ilə məzğuldur?

img

12-06-2009 [01:20]


?Bu gün Azərbaycanda müxalifət olduqca zəifdir. Ancaq bunun səbəbləri var. Xalq hər şeyə biganədir, öz hüquqları uğrunda mübarizə aparmır. Müxalifət də bu xalqın bir hissəsidir. Ona görə də xalq necədirsə, müxalifət də elədir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının Ali Məclis üzvü, tanınmış hüquqşünas Qurban Məmmədov deyib. Q.Məmmədov ölkədəki ictimai-siyasi vəziyyətin sönük olmasını, müxalifətin zəifliyini hakimiyyətin yürütdüyü siyasətlə əlaqələndirir: ?Adətən elə olur ki, müxalifət güclü olanda iqtidar zəif olar, yaxud güclü iqtidar olanda müxalifət zəif görünür. Azərbaycadakı indiki rejimi görəndə hamı başa düşməlidir ki, müxalifət bu gündə olmalıdır. Başqa cür ola da bilməz. Ona görə də mən, müxalifətin bu vəziyyətdə olmasına bəraət qazandırıram, çünki Azərbaycan xalqı taleyindən razıdır. Mən, bu gün Azərbaycanda müxalifət adında hər hansı təşkilatın fəaliyyət göstərməsinin əleyhinəyəm. Ona görə ki, bizim müxalifətçilər imitasiya ilə məşğuldur. Beynəlxalq aləmdə də bir rəy yaradırlar ki, guya Azərbaycanda demokratiya var, mübarizə aparılır. Eyni zamanda həmin təşkilatlar ?əl müxalifətləridir?, idarə olunurlar?. Q.Məmmədov təmsil olunduğu ADP-nin də həmin müxalifət təşkilatlarının sırasında olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA