iranda keçirilən prezident seçkiləri qanlı qarzıdurma ilə nəticələnə bilər

img

12-06-2009 [12:05]


Bu gün yerli vaxtla saat 08.00-dan İran İslam Respublikasında prezident seçkilərinə start verilib. Təxminən 46 milyon seçici 4 namizəd arasında seçim etmək üçün yerli vaxtla saat 18.00-a qədər 45 min 713 seçki məntəqəsində səs verəcək. Seçkidə əsas mübarizənin hazırkı dövlət başçısı Mahmud Əhmədinejadla, islahatçı Mir Hüseyn Musəvi arasında olacağı güman edilir. Digər iki namizəd Mehdi Kerrubi və mühafizəkar Muhsin Rızayinin şansının az olduğu bildirilir. Namizədlərdən hər hansı biri seçicilərin 50 faizindən çoxunun səsini qazana bilmədiyi təqdirdə, ən çox səs toplayan iki namizəd arasında iyunun 19-da təkrar seçki keçiriləcək. Seçkiyə çox az qalmış aparılan sorğulara görə, Mir Hüseyn Musəvi seçicilərin daha çox rəğbətini qazanıb. O, seçki kampaniyası ərəfəsində xüsusilə qadınlara və gənclərə xitab edib. Milliyyətcə azərbaycanlı olan Musəvi, İranda yaşayan azərbaycanlılara, türkmənlərə, lorlara və ərəblərə səslənərək, bütün etnik qrupların İran ailəsini meydana gətirdiyini bildirib və onlardan dəstək istəyib. Hazırda İranda vəziyyətin gərgin olduğu bildirilir. Belə ki, əslən azərbaycanlı olan Musəvinin ətrafında toplaşan ?islahatçılar? bəyan ediblər ki, Əgər Əhmədinejad seçkini saxtalaşdıraraq, nəticəni öz xeyrinə elan edərsə, küçələrə çıxıb, ?məxməri inqilab?ı gerçəkləşdirəcəklər. İranın İnqilab Keşikççiləri isə ?islahatçıların? bəyanatına daha sərt cavab veriblər: ?Məxməri inqilab? başlatsanız, sizi əzərik?. Bu da İranda proseslərin həddindən artıq gərgin olduğunu göstərir. Yəni hər an qanlı qarşıdurma ola bilər. Hələik isə seçki prosesi gedir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi seçkilərin nəticələrindən asılı olacaq. Hər halda, nəticələr saxtalaşdırılarsa, seçkisonrası İranda qan töküləcəyi də istisna edilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA