?Bizimlə müttəfiqlik edən partiyaların heç biri müttəfiqlikdən imtina etməyəcək?

img

11-06-2009 [03:50]


Xəbər verildiyi kimi, hakimiyyətin siyasi kursunu dəstəkləyən Demokratik Azərbaycan Dünyası, Azad Respublikaçılar, Respublikaçılar, Mübarizlər və Milli Dövlətçilik partiyaları bələdiyyə seçkilərində vahid blok şəklində iştirak etməklə bağlı qərar veriblər. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə təkbaşına qatılması hakimiyyətyönlüləri bu addımı atmağa məcbur etdiyi bildirilir. Müxalifət mətbuatı isə hakimiyyətyönlü partiyaların seçkiyə ayrıca blok kimi qoşulmasını hakimiyyətə qarşı atılan addım kimi təqdim edirlər. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yeni Azrbaycan Partiyası mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə qeyd olunanları nağıl adlandırıb. Onun sözlərinə görə, YAP üçün heç bir siyasi qüvvə təhlükə ola bilməz: ?Müxalifət mövqeyindən çıxış edən partiyalar var və onlar uzun illərdir ki, bizə qarşı müxalifətdədirlər. Hətta mən deyərdim ki, onlar cəmiyyətə qarşı müxalifətdə dayanırlar. Onlar müxalifət mövqeləri ilə də özlərini bütövlükdə cəmiyyətdən təcrid vəziyyətə salıblar. Əgər kim onlara qoşulmaq, onların yolunu davam etdirmək istəyirsə, buyursun. Bizimlə müttəfiqlik edən partiyaların heç biri müttəfiqlikdən imtina etməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA