Həbsxanada aclıq edən AMiP-çi aksiyanı dayandırmaq məcburiyyətində qalıb

img

11-06-2009 [02:34]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) həbsdə olan fəalı Musa Rahim aclıq aksiyasını dayandırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Ə.Orucovun sözlərinə görə, Musa Rahimin aclıq aksiyasını dayandırmasına səbəb səhhətində yaranan ciddi problemlər olub: ?Bilirsiniz ki, Musa Rahim neçə vaxtdır aclıq aksiyası keçirir. Ancaq aksiyanı davam etdirmək artıq onun üçün ölümlə üzləşmək həddindəydi. Çünki səhhətində kifayət qədər ciddi problemlər var və aclıq aksiyası vəziyyətini daha da pisləşdirib. Ona görə də biz ona neçə müddətdir, xahiş edirdik ki, aclığı dayandırsın. Artıq Musa Rahim bizim xahişimizi nəzərə alaraq, aksiyanı dayandırıb?. AMİP funsioneri onu da bildirib ki, partiya olaraq, Musa Rahimin irəli sürdüyü tələblərlə bağlı Ədliyyə Nazirliyinə və Respublika Prokurorluğuna müraciətləri gündəmdədir. Onun sözlərinə görə, yəqin ki, yaxın günlərdə adıçəkilən qurumlara müraciət göndərəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA