BMT Təhlükəsizlik Şurasının KXDR-lə bağlı qətnamə layihəsinin əsas tezisləri açıqlanıb

img

11-06-2009 [10:51]


BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə sınaqları ilə bağlı iyunun 12-də müzakirəsinə çıxaracağı gözlənilən qətnamə layihəsinin mahiyyəti açıqlanıb. Sənəddə Koreya Xalq Dkmokratik Respublikasının (KXDR) mayın 25-də keçirdiyi nüvə sınağı qətiyyətlə pislənir. Sənəddə rəsmi Pxenyandan tələb edilir ki, ballistik raket texnologiyalarından istifadə etməklə nüvə sınağı keçirməsin və BMT Təhlükəsizlik Şurasının əvvəllər qəbul etdiyi qətanəmlərə, xüsusilə 1718 saylı qətnaməyə tabe olsun. Bundan başqa, qətnamə layihəsində KXDR-na qarşı sanksiyaların gücləndirilməsi, o cümlədən, ölkədən bütün növ silahların ixracına, ölkə tərəfindən yüngül atıcı silahlar istisna olmaqla digər növ silahların idxalına qadağa qoyulması nəzərdə tutulur. Ekspertlərin fikrincə, silah ixracına qadağa qoyulması Pxenyanı gəlirlərin əhəmiyyətli hissəsindən məhrum edə bilər. Sənəddə bir sıra maliyyə məhdudiyyətlərinin tətbiqi, eləcə də nüvə və raket proqramlarının maliyyələşdirilməsi üçün istifadə oluna biləcək Şimali Koreya aktivlərinin dondurulması ilə bağlı müddəa da var. Sənəddəki daha bir yeni tədbir bütün ölkələrə Şimali Koreyaya gedən və gələn gəmilərə baxış keçirməklə bağlı çağırışdır. Bu tədbir gəmilərdə qadağan olunmuş silah və nüvə materiallarının daşınmasının qarşısını almağa yönəlib. Qətnamə layihəsinin məhz bu bəndi Təhlükəsizlik Şurasının daimi üzvləri arasında mübahisələrə və fikir ayrılıqlarına səbəb olmuşdu. Belə ki, ABŞ və Yaponiya təklif edirdi ki, gəmilərin yoxlanılması müddəası qətnaməyə tələb və ya öhdəlik kimi salınsın. Lakin Rusiya və Çin bununla razılaşmırdı. Nəhayət, sonda kompromiss variant kimi BMT-yə üzv ölkələrə çağırış edilməsi barədə razılığa gəlinib. Rusiynın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, yeni qətnamənin məqsədi Şimali Koreyanı altıtərəfli danışıqlara qaytarmaqdan ibarətdir. Rusiylı diplomat onu da deyib ki, qətnamə layihəsi yaranmış probelmlərin cüc yolu ilə həllini istisna edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA