Əvəz Temirxan Azər Ayxandan 100 min manat təzminat tələb edəcək

img

10-06-2009 [04:41]


Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan ?Yeni Müsavat? qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı məhkəməyə verəcək. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) Ə.Temirxanın özü verib. ALP yetkilisi ?Yeni Müsavat?ın 10 iyun 2009-cu il tarixli sayında ?16 il sonra açılan gizlinlər? başlıqlı yazıda şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edir. Bu səbəbdən də Ə.Temirxan sözügedən qəzetin baş redaktorunun birinci müavini Azər Ayxanı məhkəməyə verərək, ondan ən azı 100 min manat tələb edəcəyini deyib. ALP yetkilisi onu da vurğulayıb ki, alacağı pulu uşaq evlərinə bağışlamaq fikrindədir. Məsələylə bağlı mia.az-a açıqlama verən Azər Ayxan isə bildirib ki, əgər Ə.Temirxan məhkəməyə müraciət etmək istəyirsə, onun qarışısını ala bilməz, amma onun nə qədər haqlı olub-olmadığını məhkəmə müəyyənləşdirəcək: ?Ümumiyyətlə, Əvəz Temirxan da daxil olmaqla, Azərbaycanda fəaliyyət göstərən müxalifət siyasətçilərinin işgüzar nüfuzunun nədən ibarət olduğu mənim üçün qaranlıqdır. O adamların böyük əksəriyyəti, o cümlədən də Əvəz Temirxan və onun təmsil olunduğu ?Azadlıq? blokuna daxil olan partiyalar qeybət etməklə, jurnalistlərin yazılarnda ?əmma?lar tapmaqla, ara vurmaqla məşğuldurlar. Ona görə də mən, Əvəz Temirxan tipli adamlara fikir verməməyi məsləhət görürəm. Amma bu, o demək deyil ki, onların ötən illərdə Azrbaycana, dövlətçiliyimizə qarşı göstərmiş olduqları üzdəniraq hərəkətlər yaddan çıxsın. Zamanı çatanda pis əməlləri ictimaiyyətə çatdırmaq lazımdır. Bu adamlara layiq olduqları qiyməti vermək lazımdır ki, gənc nəsil bu məsələlərdə əziyyət çəkməsin?. Ə.Temirxanın 100 min manat təzminat tələb etməsinə gəlincə, Azər Ayxan deyib ki, ?Yeni Müsavat?ın elə problemləri var ki, həmin məbləğdə pulları olsa, redaksiyanın problemlərini həll edərlər. ?Ancaq Əvəz Temirxanın hər hansı bir problemi olsa, ona 100-200 manat pul verə bilərik?,- deyərək, A.Ayxan fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA