Eldəniz Quliyev: ?Azərbaycan müxalifəti noukdaun vəziyyətindədir?

img

10-06-2009 [02:26]


?Müxalifətin bələdiyyə seçkilərində vahid komanda ilə iştirak etməsi Azərbaycanın siyasi həyatında heç bir ciddi dəyişikliyə səbəb olmayacaq. Artıq uzun illərdir ki, ölkədə keçirilən bütün seçkilərin nəticələrini hakimiyyət müəyyənləşdirir. Müxalifətin indidən bələdiyyə seçkiləri ətrafında ajiotaj yaratması öz mövcudluğunu qorumaq cəhdindən başqa bir şey deyil?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan Ziyalı Birliyinin (AZB) sədri Eldəniz Quliyev deyib. E.Quliyev bildirib ki, rəhbərlik etdiyi qurum bələdiyyə seçkilərində iştirak etmək niyyətində deyil: ?Ziyalı Birliyi ictimai təşkilatdır. Biz öz təyinatımıza uyğun fəaliyyət göstəririk. Seskilərdə hansısa siyasi təşkilatı dəstəkləmək bizim missiyamıza aid deyil. AZB sədri ölkə müxalifətinin perspektivi barədə bədbin danışıb: ?18 mart referendumundan sonra Azərbaycan müxalifəti noukdaun vəziyyətinə düşüb. Müxalifətin özünə gəlməsi üçün ən azı bir neçə il vaxt lazımdır. Buna görə də yaxın bir neçə ildə hər hansı perspektivdən danışmaq mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA