Qarabağ və Respublika Uğrunda hərəkat seçkiyə vahid namizədlər siyahısı ilə gedəcək

img

09-06-2009 [03:45]


?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyalar qarşıdan gələn bələdiyyə seçkilərində vahid koalisiya formatında iştirak edəcək?. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən hərəkata daxil olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Hazırda seçkilərlə bağlı hazırlıq işlərinin davam etdiyini nəzərə çatdıran A.Hacılı konkret qərarların seçki kampaniyasının elan olunduğu dövrdə veriləcəyini vurğulayıb: ?Təxminən bir ay əvvəl vətəndaş hərəkatına daxil olan partiyalar arasında razılaşma əldə olunub ki, seçkilərdə koalisiya şəklində iştirak etsinlər. Yəni bu, vahid blok da, blokların koalisiyası da ola bilər. Ümumilikdə bir çətir altında seçkilərdə iştirak etmək barədə razılıq əldə olunub. Çünki bələdiyyə seçkilərində seçki çoxmandatlı dairələr üzrə keçirilir. Bu da koalisiyanın qurulmasına imkan yaradır?. Qeyd edək ki, vətəndaş hərəkatına daxil olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə seçkiyə vahid namizədlər siyahısı ilə gedəcəklərini söyləyib. Müsavat yetkilisi Arif Hacılı da hərəkatın seçkilərə vahid namizədlər siyahısı ilə qatıla biləcəyini də mümkün sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA