Fazil Qəzənfəroğlu Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını tələb edib

img

09-06-2009 [01:35]


Fransa parlamentinin deputatı, fransız-erməni dostluq qrupunun üzvü Fransua Roşbluan qondarma Dağlıq Qarabağ respublikasına səfər etməsi Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu tərəfindən narazılıqla qarşılanıb. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, F.Qəzənfəroğlu bu məsələnin Milli Məclisin bugünkü sessiyasında da qaldırıb. Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələylə bağlı etirazının rəsmi şəkildə bildirsə də, bu kifayət deyil: ?Hesab edirəm ki, elə bu faktı əsas tutaraq, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını tələb etməlidir. Deputat həmkarlarımdan da xahiş edirəm ki, bu məsələni dəstəkləsinlər, çünki bu, çox ciddi məsələdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA