iqbal Ağazadə Dağlıq Qarabağın Azərbaycanlı icmasını qanunsuz fəaliyyətdə ittiham etdi

img

09-06-2009 [01:26]


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin bugünkü növbədənkənar iclasında Dağlıq Qarabağın Azərbaycanlı icması ilə bağlı tənqidi fikirlər səsləndirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İ.Ağazadə bu qurumun yaradılmasının qanunsuz və Konstitusiyaya zidd olduğunu bildirib: ?Azərbaycan Konstitusiyasında belə bir şey yoxdur. Yəni Azərbaycan vətəndaşları icma şəklində qeydiyyatdan keçə bilməzlər. Erməni tərəfi də icma yaradıb qeydiyyatdan keçirə bilər. Biz hələ Dağlıq Qarabağın statusunu müəyyənləşdirməmişik, danışıqların hansı mərhələdə olduğu məlum deyil. Ona görə hesab edirəm ki, bu qurumun fəaliyyəti qanunsuzdur. Erməni tərəfi separatçı qurum yaradıb dünyaya tanıtmağa çalışır, ancaq buna nail ola bilmir. Biz isə durub bunun əksi olan bir təşkilat yaradırıq. Qurultayda 65 min azərbaycanlın Dağlıq Qarabağa qayıdandan sonra referendum keçirilə biləcəyi deyilib. İcma nümayəndələri kimdir Azərbaycanda hansısa məsələnin referenduma çıxarılacağını müəyyən edir. Bu səlahiyyət yalnız prezidentə, Milli Məclisə aiddir. Heç kim dini, etnik qrupların yaşadığı ərazidə lokal, dar çərçivədə referendumun keçirilməsinə dair fikir irəli sürə bilməz?. Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab verib və bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı icması indi yaradılmayıb sadəcə, sədr dəyişib. İcmanın qurultayında səslənən fikirlərə gəlincə isə O.Əsədov ?Hər kəsin öz fikri var və onu ifadə edə bilər. İcmanın bir üzvü nəsə deyirsə, öz fikrini irəli sürür. Referendum deyən kimi referendum keçirilmir ki..? - söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA