BAXCP ordudakı son olaylarla bağlı parlament rəhbərliyinə müraciət ünvanlayıb

img

08-06-2009 [04:39]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə BAXCP mətbuat xidmətindən daxil olub. Məlumatda qeyd olunur ki, İdarə Heyətinin üzvləri öncə BAXCP Ali Məclisinin iyunun 6-da keçirilən sessiyasının qəbul etdiyi qərarı müzakirəyə çıxarıblar. Bundan əlavə, partiyanın bələdiyyə seçkilərində iştirakını təmin etmək üçün Ali Məclisin qərarının yerinə yetirilməsi məqsədilə Mərkəzi Seçki Qərargahı yaradılıb. Belə ki, BAXCP-nin baş katibi Söhrab Abdullayev Seçki Qərargahının rəhbəri, təşkilati məsələlər üzrə katib Yaşar Kələntərli, ictimai-siyasi məsələlər üzrə katib Telman Siyabov, gənclərlə iş üzrə katib Niyaməddin Orduxanlı, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, mətbuat və informasiya xidmətinin rəhbəri Qızılgül Abdinova və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Zakir Vəliyev qurumun üzvləri seçiliblər. BAXCP Ali Məclisi son günlər ordu ilə bağlı ictimaiyyəti narahat edən məlumatların araşdırılması üçün Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinə müraciət ünvanlanması məsələsini də müzakirə edib. Müraciət Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Ziyafət Əsgərova göndərilib. İclasın partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA