ADP büdcənin xərclənməsində ciddi qüsurların olduğunu iddia edir

img

08-06-2009 [03:32]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov məlumat verib. N.İsmayılovun sözlərinə görə, toplantıda ölkə prezidentinin Rusiya səfəri və Ermənistan prezidenti ilə bu ölkədə keçirdiyi görüş ətrafında fikir mübadiləsi aparılıb: ?İdarə Heyəti bu görüşü sıradan olan bir görüş kimi qiymətləndirib və bu cür görüşlərlə Dağlıq Qarabağ probleminin həllində ciddi nəticələrə nail olmağın mümkünsüzlüyünü qeyd edib. Bundan əlavə İdarə Heyəti dövlət büdcəsinin müzakirəsi zamanı büdcənin xərclənməsində kifayət qədər aşkarlığın təmin edilməməsini ciddi qüsur kimi dəyərləndirib və hökuməti büdcə xərcləri ilə bağlı ictimaiyyətə dövri olaraq məlumatlar verməyə çağırıb?. İH yay fəslinin başlanması ilə əlaqədar ölkə vətəndaşlarının qida təhlükəsizliyi probleminin aktuallaşmasını əsas götürərək hökuməti xaricdən gətirilən qida məhsullarına nəzarətin artırılmasını vacib hesab edib və yerli ərzaq istehsalçılarının rəqabət qabiliyyətini artırmaq məqsədilə xaricdən ərzaq məhsullarının gətirilməsinə münasibətdə proteksionist siyasət yeritməyə çağırıb. İH ABŞ prezidenti B.Obamanın Misirə səfəri zamanı islam dünyasına ünvanlanmış müraciəti ətrafında da fikir mübadiləsi aparılıb. İH bütünlükdə ABŞ-ın İslam dünyası ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki cəhdləri müsbət qiymətləndirib. Bununla yanaşı İH hesab edib ki, ABŞ prezidentinin mesajlarında demokratiya ilə əlaqədar məsələlərə ikinci dərəcəli məsələ kimi baxılması yolverilməzdir və ABŞ-ın İslam dünyası ilə daha çox yaxınlaşması yalnız islam ölkələrinin demokratikləşməsi ilə mümkün olduğuna görə, Obama adminstrasiyasını müsəlman ölkələrində demokratiyanı birmənalı olaraq müdafiə etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA