AXCP bələdiyyə seçkilərində partiyadankənar zəxslərin namizədliyini irəli sürəcək

img

08-06-2009 [03:20]


Məlum olduğu kimi, müxalifət qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak qərarı versə də, hələ də hansı bu marafona formatda qatılacağını konkretləşdirməyib. Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bələdiyyə seçkilərində partiyadankənar şəxslərin də namizədliyini irəli sürmək fikrindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, AXCP partiyanın üzvü olmayan, amma demokratik düşərgəyə sədaqətli olan nüfuzlu şəxslərin də namizədliyini irəli sürə, yaxud dəstəkləyə bilər: ?Bu, ayrı-ayrı rayon əraziləri üçün aktual məsələdir. Çünki bizim elə rayonlarımız var ki, orda namizəd axtarmağa ehtiyac yoxdur, amma elə rayonlar var ki, partiya üzvlərimizin böyük əksəriyyətinin ölkədə olmaması faktını nəzərə alaraq, belə bir varianta əl atılmasına ehtiyac var?. Hazırda bu istiqamətdə işlrin getdiyini vurğulayan AXCP seçkinin yüksək səviyyədə təşkilinə nail ola biləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA