MQP bazqanının vəzifəsindən istefası qəbul edilməyib

img

08-06-2009 [10:55]


Milli Qurtuluş Partiyasının Siyasi Şurası partiya rəhbərliyindən istefa vermiş Vüqar Bəyturanın iştirakı ilə iclas keçirərək MQP başqanının istefa ərizəsini müzakirə edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələr barədə məlumat verən MQP Siyasi Şura üzvü Yusif Əli geniş müzakirələrdən sonra partiya rəhbərliyinin istefa ərizəsini qəbul edilmədiyini bildirib. Partiya funksionerinin sözlərinə görə, Siyasi Şura partiyanın başqa şəxslərin rəhbərliyi altında uğurlu fəaliyyət göstərəcəyinə inanmadığına və Vüqar Bəyturan olmadan partiyanın bütövlüyünü qorumanın mümkün olmadığı üçün MQP başqanının istefasını qəbul etməyib. İclas boyu mövqeyində israr edən V.Bəyturan isə Siyasi Şuranın qərarı ilə razılaşmayaraq MQP Böyük Məclisinin sessiyasını çağırılmasını istəyib. Öz növbəsində MQP Siyasi Şurası daha çox səlahiyyətə malik orqanın-Böyük Məclisin iclasını çağırmaq barədə səs çoxluğu ilə qərara gəlib. V.Bəyturan Böyük Məclisin toplantısında qərarına anlayışla yanaşılacağını düşündüyünü bildirib. Siyasi Şurada mqp.azersayt.com saytından imtina barədə qərardan irəli gələn addımların atılmasının zəruriliyinin saytın yaradıcısı olan Aslan Həsənin nəzərinə çatdırılması da qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA