Aydınlar Partiyasının məhkəməyə müraciət etməsi istisna olunmur

img

05-06-2009 [05:03]


Bir müddət öncə təsis edilən Aydınlar Partiyası dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, hələki müsbət cavab almayıb. Aydınlar Partiyasının (AP) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, hələki müraciətin Ədliyyə Nazirliyi tərəfindən araşıdırıldığı deyilir: ?Yəni, bizim ora təqdim etdiyimiz sənədlərin nə dərəcədə qanunauyğun olduğu öyrənilir. Ancaq biz sənədlərimizdən tam arxayınıq. Çünki bizim sənədlər hüquqi baxımdan çox dəqiq tərtib olunub. Bildiyiniz kimi bizim partiyanın sədri də hüquqşünasdır və onun şəxsi rəhbərliyi ilə həmin sənədlər bütün qanuni prosedurlara tam uyğun şəkildə tərtib edilib. Buna baxmayaraq, Ədliyyə Nazirliyi ciddi arqument gətirmədən partiyanın qeydiyyatını uzadır. Halbuki onlar bu gün bizə rəsmi şəkildə cavab verməli idilər?. Partiyanın mətbuat xidmətindən o da deyilib ki, rəsmi cavabın alınmasından sonra cavaba adekvat münasibət bildiriləcək: ?Hesab edirik ki, Ədliyyə Nazirliyi bizə rəsmi formada cavab verməlidir. Müsbət cavab alınmayacağı təqdirdə, qanun çərçivəsində bütün mümkün variantlardan istifadə olunacaq. Məhkəmə yolunun seçilməsi də istisna deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA