Abel Məhərrəmov: ?Təklif edirəm ki, zəhərin kənarında böyük bir məscid tikilsin?

img

05-06-2009 [04:54]


?Bakı Dövlət Universitetinin (BDU) həyətində fəaliyyət göstərən ?İlahiyyət? məscidi ilə bağlı problem hələ də həll olunmayıb. Hazırda həmin məscid qanunsuz fəaliyyət göstərir, oranın heç bir sənədi, qeydiyyatı yoxdur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov çıxış edib. Onun sözlərinə görə, həmin məscidə müxtəlif təriqətlərə qulluq edən insanlar gəlir. Amma onların bura gəlişinin məqsədi məlum deyil: ?Ona görə də açığını deyim ki, hər an təhlükə yarana bilər. Mənsə bunu istəmirəm?. Rektor vəziyyətdən çıxış yolunu tapdığını da bildirib. Onun sözlərinə görə, bu gün həmin məscidə altı min nəfərdən çox insan gəlir. Onların buraya gəlisi isə müxtəlif problemlər yaradır: ?Həqiqətən də orada çox sıxlıq yaranır. Bunun qarşısını almaq üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi şəhər mərkəzindən kənarda, boş ərazidə böyük bir məscid tikməli və insanların ixtiyarına verməlidir. Bu, vəziyyətdən çıxış yollarından biridir. Əgər şəhər kənarında məscid tikilərsə onda şəhərin mərkəzindəki məscidlərdə yaranan sıxlıq və gərginlik aradan qalxar?. Rektor bildirib ki, həmin məscidin BDU ilə heç bir əlaqəsi yoxdur və onu ?İlahiyyat məscidi? adlandırmaq düzgün deyil: ?Bu məscid 1991-1992-ci illərdə tikilib və orada yalnız 250-300 nəfərin namaz qılması üçün şərait var. Ancaq indi həmin məscidə 8 min insan namaza gəlir. Hətta namaz vaxtı insanlar universitetin yataqxanasına, evdərə belə dolurlar. Sabah hər hansı hadisə baş versə, rektor kimi məsuliyyət mənim üzərimdə qalacaq?. A.Məhərrəmov son vaxtlar universitetə daxil olan bütün şəxslərin xüsusi cihazla yoxlandığını, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrordan əvvəl belə bir hadisənin BDU-da törədilməsinə cəhdlə bağlı məlumatı ancaq mətbuatdan oxuyub: ?Qəzet yazır ki, guya həmin şəxslər universitetin güclü mühafizə olduğunu görəndən sonra oradan uzaqlaşıblar. Ancan həqiqətən də bizdə mühafizə güclüdür və mən bundan razıyam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA