Azərbaycan və Ermənistan prezidentləri mövqelərində dəyiziklik etməlidir

img

05-06-2009 [03:01]


?Dağlıq Qarabağ probleminin iki həll yolu var: hərb və sülh. Hazırda hərb yolu istisna edilir, sülh yolunda isə mütləq danışıqlar olmalıdır. Bundan əlavə, hər hansı bir danışıq özü-özlüyündə müsbət bir addımdır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Zərdüşt Əlizadə ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşlərinə münasibət bildirərkən deyib: ?Görüşlərin nəticəsinin olması üçün gərək tərəflər öz mövqelərində dəyişikliklər etsinlər və uzlaşsınlar. Danışıqlarda ən azından tərpənişlər olmalıdır. Lakin mən bu danışıqlarda heç bir tərpənişin şahidi olmuram. Bu məsələ ilə bağlı 16 ildir ki, xalqın arxayın edilməsi kompaniyası gedir. Bundan əlavə, Minsk Qrupunun həmsədrləri də ümidverici bəyanatları ilə seçilirlər. Ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı, konkret tədbirlər və mövqelər ortaya qoyulmalıdır. Ancaq çox təəsüflər olsun ki, bu prinsiplər yoxdur?. Politoloq onu da bildirib ki, iki prezidentin heç birinin ortaya kifayət qədər iradənin qoyulması üçün nə imkanı, nə də istəyi var: ?Serj Sərkisyan Dağlıq Qarabağda cinayətlər törətmiş və bir neçə müddətdən sonra hakimiyyətə gəlmiş şəxsdir. İndi də Ermənistan və erməni xalqını cinayətkar üsullarla idarə edir, seçkiləri saxtalaşdırır, siyasi rəqiblərinə qarşı terror həyata keçirir və iqtisadiyyatı inhisara alıb. Belə bir adam erməni xalqına bu gün necə deyə bilər ki, bizim səhvlərimiz olub və Dağlıq Qarabağ məsələsində rəsmi Bakıya güzəştə getməliyik. Belə olacağı təqdirdə, onun indiyə qədər qurulmuş siyasi karyerası məhv ola bilər. Digər tərəfdən, İlham Əliyev deyə bilərmi ki, bizim indiyə qədər yürütdüyümüz siyasət uğursuz olub və Dağlıq Qarabağ məsələsində hər hansı bir dəyişiklik edək? Siyasətə dəyişikliyin edilməsi üçün cəsarət lazımdır. Hakimiyyətin siyasəti Qarabağla bağlı deyil, daha çox neft müqavilələri, qaz hasilatları, seçkilərin saxtalaşdırılması, parlamentdə əldəqayırma deputatların təşkili və sairədir. Yəni, budur rəsmi Bakının hazırkı siyasəti. Artıq bizim xalq Qarabağsızlığa öyrəşib?. Z.Əlizadə bu məsələdə məkan dəyişikliyinin heç bir əhəmiyyət daşımadığını da nəzərə çatdırıb: ?Azərbaycanın insan və neft resursundan başqa heç bir resursu yoxdur, xüsusən də Ermənistanın. Bütün qalan məsələlərdə hər iki dövlət xarici dövlətlərdən asılı olan dövlətciyəzlərdir. Məsələn, hər iki dövlətin silahı Rusiyadan gəlir. Ermənistanın pulu xaricdən gəlir. Azərbaycanın pulu isə neftdən çıxırr və neftin alıcıları da əlbəttə ki, Qərbdir. Hər iki dövlət xaricdən asılı dövlətlərdir. Onlar iş görərək, görüntü yaratmaq istəyirlər. Belə olan təqdirdə də, Azərbaycan və Ermənistan prezidentləri növbə ilə gah Rusiyada, gah da Qərbdə görüşürlər. Ancaq bu məsələdə istək Qərb və ABŞ-la müqayisədə daha çox Rusiyada biruzə verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA