Məclisin növbədənkənar sessiyası iyunun 9-da keçiriləcək

img

04-06-2009 [07:45]


İyunun 9-da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Milli Məclisin mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, iclasın gündəliyə 6 məsələ daxil edilib. ?Könüllülük fəaliyyəti haqqında? qanun layihəsi üçüncü, ?Bank olmayan kredit təşkilatları haqqında? və ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun layihələri birinci oxunuşda müzakirə olunacaq. Bundan əlavə, iclasda ?Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərinin və Babək rayonun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında? qanun layihəsi, ?Mühasibat uçotu haqqında? qanunun qüvvəyə minməsi barədə Milli Məclisin 1995-ci il 24 mart tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi məsələsi, o cümlədən ?Bələdiyyələrin statusu haqqında? qanuna əlavələr edilməsi müzakirə olunacaq. Xatırladaq ki, Milli Məclisin yaz sessiyası mayın 29-da başa çatmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA