Zəminə Dünyamalıyeva: ?ACP-nin seçkidə iztirak etmək üçün heç bir resursu yoxdur?

img

04-06-2009 [05:37]


Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva Müstəqil İnformasiya Agentliyinə müsahibə verərək, partiyanın qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı qərarının məntiqsiz olduğunu deyib. [b]- Zəminə xanım, ACP İdarə Heyətinin son toplantısında bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib. Siz isə ACP-nin seçkilərə hazır olmadığını bildirmişdiniz, indi də həmin fikrinizdə qalırsınızmı?[/b] - Əlbəttə qalıram. Mən hər hansı fikir söyləyəndə onu əsaslandırıram. Bu fikirləri qərəzliliklə, kiməsə xoş-naxoş olmaq üçün demirəm. Məsələ burasındadır ki, partiyanın seçkidə iştirak etmək gücü yoxdursa, seçkidə iştirakla bağlı qərar verməyin heç bir əhəmiyyəti yoxdur. Qərarı vermək üçün məsuliyyət tələb olunur, onu həyata keçirmək üçün 10 dəfə artıq məsuliyyətli olmalısan. Bu məsuliyyət isə ACP rəhbərliyində yoxdur. İdarə Heyətinin 11 üzvü var, onun 5 nəfəri yığışıb seçkidə iştirak qərarı verib. Qərar verməzdən öncə, yaxşı olardı ki, partiyanın durumunu müzakirə edəydilər, heç olmasa, partiyanı indiki ağır vəziyyətdən çıxartmaq barədə düşünəydilər. Heç olmasa, partiyanın durumunu 25 faiz yaxşılaşdıraydılar, ondan sonra seçkidə iştirakla bağlı qərar verəydilər. Zəminə xanım nəsə deyibsə, onun acığına qərar vermək lazım deyildi. Bununla partiyanı inkişaf etdirmək olmaz. Qərar verməklə partiyanın seçkidə iştirakını təmin etmək mümkünsüzdür. İnsan nə edirsə-etsin birinci özü-özünə hesabat verməlidir. Məsuliyyətsizliyə baxın, bunlar hətta fikirləşmirlər ki, 5 nəfərin verdiyi qərar sabah hansı əhəmiyyətə malik olacaq. Açığını deyim ki, bunların seçkidə iştirak qərarı verməsinə çox təəccübləndim. Belə işləmək olmaz. Yenə də o fikirdəyəm ki, acığa iş olmur. Ya partiyanı inkişaf etdirib insanları onun arxasınca aparmaq lazımdır, ya da partiyanın fəaliyyətinə xitam verilməlidir. Dediym kimi, partiyada inkişaf olmasa, normal fəaliyyətə başlamasa, hər şeyi qapamaq lazımdır. [b]- Deyirsiniz ki, seçkidə iştirakla bağlı qərar acığa verilib. Yəni Sizin acığınıza seçkiyə gedirlər?[/b] - Özünüz fikirləşin də partiyada bir ildir ki, yığılmayan İdarə Heyəti mənim obyektiv fikirlərimdən sonra yığılırsa, deməli, tənqidlərin nəticəsi var. Bilirsiniz, mən başa düşmürəm ki, ACP bələdiyyə seçkilərində kiminlə və hansı güclə iştirak edəcək. Partiya üzvləri müstəqildirlər, iştirak edə bilərlər. Amma partiyanın seçkidə iştirak etməsi mümkün deyil. Partiyanın oturacaq yeri və maliyyəsi yoxdur, həm də dövlət qeydiyyatından keçməyib. Ona görə də deyirəm ki, İdarə Heyəti məsuliyyətsiz qərar verib. [b]- Akif Şahbazovla Yaqub Abbasov yenə də siyasi səhnədə görünmürlər. Xəbəriniz varmı, hardadır rəhbərlik?[/b] - Xəbərim yoxdur deyə, belə danışıram. Bilsəm ki, hardadırlar, iradlarımı özlərinə çatdıraram. Yığışıb qərar verib, yoxa çıxmaqla deyil ki? Adam heç olmasa, özünə hörmət eləməlidir ki, verdiyi qərara hörmətlə yanalışsın. [b]- Necə düşürünsünüz, Sizcə, ACP neçə dairədən namizəd irəli sürə bilər? Yaqub Abbasov deyirdi ki, lazım gəlsə, mən özüm namizəd olacağam...[/b] - Fərdi şəkildə hər kəs namizəd ola bilər, burada hər hansı bir problem yoxdur. Partiya rəhbərliyi də qərar verəndə fərdi şəkildə qərar verməliydi. Amma partiya şəklində seçkilərdə iştirak etmək barədə danışmağa dəyməz. Çünki ACP-nin seçkidə iştirak etmək üçün heç bir resursu yoxdur. [b]- Zəminə xanım, mətbuatda informasiyalar verilirdi ki, İdarə Heyətinin iclasında Akif Şahbazov Sizin partiyadan kənarlaşdırılmağınız məsələsini qaldırmaq istəyib?[/b] - (Gülür) Vallah, bunu bacarsalar, yaxşı olar. Belə bir iş görə bilsələr, onlar üçün də yaxşı olar, mənim üçün də. [b]- Deyəsən, Siz özünüz də ACP-dən bezmisiniz?[/b] - Xeyr, mən ACP-dən bezməmişəm, bacarıqsız fəaliyyətdən bezmişəm. Yəni belə olmaz. Görün, vəziyyət nə yerdədir ki, partiya funksioneri sədrdən iş tələb edir. Situasiyanı onlar yaradıb. O ki qaldı mənim partiyadan uzaqlaşdırılmağıma, bu məsələni qaldıraydılar da, niyə etmədilər? [b]- Deyilənə görə, lazımi qədər adam toplaya bilməyib?[/b] - Əgər lazımi qədər adam toplaya bilmirsə, Zəminə Dünyamalıyevanı partiyadan uzaqlaşdırmaq barədə niyə düşünür? Unutmasınlar ki, onların qarşısında sıradan biri yox, Zəminə Dünyamalıyevadır. Məni partiyadan uzaqlaşdırmaq onların işi deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA