ALP Dövlət Komitəsinə müraciət hazırlayır

img

04-06-2009 [04:12]


Azərbaycan Liberal Partiyası (ALP) Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) müraciət edərək, partiyanın mərkəzi və rayon təşkilatlarına ofis tələb edəcək. Partiya rəhbərliyi məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara da müraciət etmək fikrindədir. ALP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bununla bağlı müraciətlərinin bir nüsxəsi də müxtəlif beynəlxalq təşkilatlara göndəriləcək. ?Onlara bildirəcəyik ki, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşırıq və bizim bələdiyyə seçkilərinə hazırlanmış hər rayon təşkilatına rayon mərkəzlərində qərargah lazımdır?. ALP-nin mətbuat xidmətindən o da bildirilib ki, ƏMDK tərəfindən partiyaya və onun rayon təşkilatlarına qərargah verilməyəcəyi təqdirdə, beynəlxaq təşkilatlara yenidən müraciət ediləcək: ?Yəni inadımızdan əl çəkmək fikrində deyilik. İlkin olaraq, Dövlət Komitəsinə gələn həftənin birinci günü müraciət edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA