Əli Həsənov: ?Ombudsmanın və baz prokurorun səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin götürülməsi cəmiyyətdən gələn təklifdir?

img

04-06-2009 [11:56]


"Azərbaycanda müəyyən adamların kommersiya məqsədi ilə inşa etdirdikləri məscidlər normal fəaliyyət göstərə bilməzlər. Nizam-intizamın olması zəruridir. Mən bunu vətəndaşların dini hüquqlarının məhdudlaşdırılması kimi hesab etmirəm". Bu sözləri Prezident Administarısiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Son aylarda Bakıda bir neçə məscidin sökülməsinə və fəaliyyətinin dayandarılmasına münasibət bildirən Ə.Həsənov ?Azərbaycanda məscidlər dağıdılmır, sadəcə olaraq, müəyyən şəxslərin qeyri-qanuni fəaliyyətinin qarşısı alınır?,- söyləyib. Prezident Administrasiyasının yetkilisi ombudsman və baş prokurorun səlahiyyət müddəti ilə bağlı məsələyə də toxunaraq, hər kəsin seçim imkanına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: ?İnsanların seçim imkanlarını məhdudlaşdırmaq bugünkü inkişafa uyğun gəlmir?. Ə.Həsənov onu da qeyd edib ki, ombudsmanın və baş prokurorun səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin götürülməsi cəmiyyət tərəfindən gələn təklifdir: ?2003-cü ildən başlayaraq cəmiyyət sabitləşdikcə, inkişafda yeni dəyərlər yarandıqca, proseslər qloballaşdıqca, bir insanın beş ildə hansısa sahədə işləri tam reallaşdırmaq imkanları məhdud olur. Ona görə də cəmiyyətin tələbidir ki, əgər insan bir sahədə normal işləyirsə, onun fəaliyyətinə süni məhdudiyyətlər qoyulmamalıdır. Əgər insan bir sahədə 10 il fəaliyyətini davam etdirə bilərsə, ona ciddi alternativ yoxdursa, qoy işləsin. Alternativ varsa, o da öz namizədliyini irəli sürsün. Amma əvvəlcədən insanların seçim imkanlarını məhdudlaşdırmaq indiki inkişafa uyğun gəlmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA