Həbsxanada aclıq aksiyası keçirən AMiP fəalının səhhəti pisləzib

img

03-06-2009 [01:56]


?Bildiyiniz ki, Azərbaycan Milli İstiqlal Partiyasının hazırda həbsdə olan fəalı Musa Rahim bir müddət öncə aclıq aksiyasına başlamışdı. Aksiyaya bir neçə gün ara versə də, mayın 30-dan etibarən yenidən aksiyanı davam etdirməyə başlayıb. İndi mətbuatı izləməsinə imkan verilməsi tələbini də tələbləri sırasına daxil edib. Hazırda isə onun vəziyyəti yaxşı deyil?. Bu sözləri AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Müstəqil İnformasiya Agentliyinə deyib. AMİP yetkilisinin sözlərinə görə, vəkili vasitəsi ilə Musa Rahimə aksiyanı dayandırmağı məsləhət görsələr də, o, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəyini bildirib: ?Neçə müddətdir ki, aclıq edir, olduqca zəifləyib. Üstəlik, qaraciyər serrozundan və dgiər xəstəliklərdən əziyyət çəkir. Aclıq aksiyası isə onun səhhətində ciddi problemlər yaradıb. Hazırda, demək olar ki, onun sağlıq durumu kritik həddədir?. Ə.Orucov onu da nəzərə çatdırıb ki, partiya Musa Rahimin tələblərinin yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atacaq. Belə ki, AMİP sözügedən məsələylə bağlı Respublika Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət etmək fikrindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA