AVP hakimiyyətyönlü partiyaların bələdiyyə seçkilərində yaradılacaq blokuna qozulmayacaq

img

03-06-2009 [01:16]


Hakimiyyətyönlü bir neçə partiya - Demokratik Azərbaycan Dünyası, Azad Respublikaçılar və Milli Dövlətçilik partiyaları qarşıdan gələn bələdiyyə seçkilərində vahid blok şəklində iştirak etmək niyyətindədirlər. Digər iqtidaryönlü partiyaların da bu blokda təmsil olunması nəzərdə tutulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən hakimiyyətyönlü siyasi kurs götürən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc hakim Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməyi daha əhəmiyyətli hesab etdiklərini bildirib: ?Bələdiyyə seçkiləri elədir ki, lokal ərazilərdə, bölgələrdə təmsilçilərin bu prosesdə iştirakını tələb edir. Belə olan təqdirdə parlament seçkilərindən fərqli olaraq, bu seçkilərdə daha artıq dərəcədə Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Çünki bu partiya daha çox kütləviliyə və böyük gücə malikdir. Bu mənada da biz Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa üstünlük veririk?. Digər hakimiyyətyönlü partiyaların bələdiyyə seçkilərində blok şəklində iştirakına gəlincə, Z.Oruc ?Kimlərsə blok yaradırsa, onlara öz fəaliyyətlərində uğurlar arzulayırıq. Dününmürəm ki, Ana Vətən Partiyası qeyd etdiyiniz hansısa bloka qoşulsun. Amma hər bir halda bu məsələ də partiyada müzakirə oluna bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA