ADP Əhməd Orucla yanazı bəzi qəzetləri də məhkəməyə verə bilər

img

03-06-2009 [12:27]


?Biz heç kimə belə bir şans vermək istəmirik ki, ADP ilə əlaqədar ittihamlar səsləndirərək, özünü təbliğ eləsin. Əslində biz nə Əhməd Oruc adında partiya sədri tanıyırıq, nə də onun bundan sonra dediklərinə reaksiya verəcəyik. Nə istəyir, deyə bilər. Azərbaycan xalqı ADP-ni də, onun sədrini də, müavinlərini də yaxşı tanıyır. Mənə elə gəlir ki, Əhməd Oruc kimi şəxsinbizə qarşı səsləndirdiyi böhtandara cavab verməyə lüzum yoxdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov Azadlıq Partiyasının sədri Əhməd Orucun ittihamlarına münasibət bildirərkən deyib. H.Rüstəmovun sözlərinə görə, Ə.Oruc bu cür məntiqsiz və böhtan dolu fikirlər səsləndirməklə öz səviyyəsini göstərir: ?Əgər o, özünü həqiqətən də siyasətçi, şəxsiyyət hesab edirsə, dediyi hər sözə görə məsuliyyət daşımalıdır. Təhqir edəcəksə, şübhəsiz cavabını alacaq. Ancaq hesab edirik ki, o, özünü bu yolla reklam etdirir, ona görə də nə qədər danışır, qoy, danışsın?. ADP yetkilisi onu da vurğulayıb ki, Ə.Oruc təhqir dolu böhtanlaranı davam etdicəksə, ona qarşı hüquqi yolla mübarizə aparacaqlar və həm onun özünü, həm də həmin fikirləri dərc edən qəzetləri məhkəməyə verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA