Aydın Mirzəzadə: ?Təəssüf edirəm ki, Azərbaycan iqtidarının belə zəif, effektsiz müxalifəti var?

img

02-06-2009 [12:36]


?Ölkənin tanınmış partiyalarından birinin lideri olan İsa Qəmbərin hakimiyyətə gəlmək fikrində olmadıqlarını deməsi məni təəccübləndirdi. Onda sual olunur, siyasi partiyanın məqsədi nədən ibarətdir? Siyasi partiya ətrafına topladığı insanları nə vaxtsa hakimiyyətə gətirməyə hazırlaşdıramalıdır. Belə bəyanatdan sonra bu partiyalarn hansısa ictimai təşkilatdan elə də fərqi olmur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Yeni Azərbaycan Partiyasının Siyasi Şura üzvü, deputat Aydın Mirzəzadə Müsavat başqanı İsa Qəmbərin ?Azadlıq? radiosuna verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. A.Mirzəzadə İ.Qəmbərin bu fikirlərinin bir neçə səbəblə bağlı ola biləcəyini nəzərə çatdırıb: ?Görünür, siyasi partiya anlayışı Müsavatda geniş təbliğ edilməyib, ya həmin partiya liderləri artıq yorulublar və partiyanın yeniləşməsinə ehtiyac var. İstənilən partiyanın ən əsas vəzifələrindən biri hakimiyyətə gəlməkdir. Bunun da bir yolu var: seçkilər. Digər tərəfdən, hakimiyyət uğrunda mübarizəni yalnız seçkilərdən seçkilərə yox, aradakı dövrdə də aparmaq lazımdır. Bizim hakimiyyəti müəyyən epitetlərlə ?bəzəmək? həmin partiyalar üçün yenilik deyil. 1993-cü ildə partiyamızın sədri Heydər Əliyev xalqın böyük istəyi ilə hakimiyyətə gələndən bəri, onlar hakimiyyətin fəaliyyət mexanizmini tənqid edirlər. Əgər 93-cü ildə hakimiyyətdə olmuş Müsavat Partiyası Heydər Əliyev üsul-idarəsinə vətəndaş müharibəsində olan, 310 milyon dollarlıq illik büdcə, Azərbaycanın təbii sərvətlərinin darmadağın edildiyi bir ölkə qoyub getmişdirsə, 2009-cu ildə vəziyyət tamam başqadır. Mənə elə gəlir ki, hakimiyyətə müxalif olan qüvvələr də həqiqətə göz yummamalıdırlar. Onların hakimiyyəti dövründəki vəziyyətlə indiki vəziyyət yerlə göy qədər fərqlidir. Bu baxımdan, hakimiyyəti günahlandırmaq ədalətsizlikdir?. YAP-çı deputat onu da vurğulayıb ki, hakimiyyəti qeyri-demokratiklikdə ittiham etmək əsassızdır. Onun sözlərinə görə, Müsavat və digər partiyalar ilk növbədə özlərinin fəaliyyətlərinə yenidən baxmalıdırlar. ?93-cü ildən bəri bu partiyaların rəhbərliyində bir nəfər də olsun, yeni bir adam yoxdur. Doğrudanmı, partiyanın içərisində yeniliyə həvəs yoxdur, yaxun yeni kadrlar, yeni nəfəslər yoxdur? Bəlkə bunun səbəbidir ki, partiyanın tanınmış simaları vaxtaşırı onları tərk edirlər?,- deyən A.Mirzəzadə müxalifətin hər hansı bir proqramınn olmadığını da vurğulayıb. Hakimiyyət sözçüsü Azərbaycan iqtidarının belə zəif, effektsiz müxalifəti olmasına təəssüfləndiyini də bildirib. Müsavat başqanının müxalifətin güclü olması və hakimiyyətin seçkiləri saxtalaşdırması barədə söylədikləri ilə razılaşmayan Aydın müəllim ?Güclülüyün bir neçə kateqoriyası var ki, onlardan birincisi seçkilərdə qalib gəlməkdir. Müxalifət nahaq yerə iddia edir ki, seçkilər saxtalaşdırılıb. Axırıncı parlament seçkilərində seçki məntəqələrinin bir neçəsi istisna olmaqla, hamısında məntəqə üzvləri yekun protokola imza atıblar. İmza atanların arasında Müsavatın da, AXCP-nin də, ALP-nin də, ADP-nin də nümayəndələri var. Bu mənada onların seçkilərin saxtalaşdırılması barədə iddiaları əsassızdır?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA