Müsavat Milli Məclis rəhbərliyinə xəbərdarlıq edib

img

01-06-2009 [07:37]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, Divanda gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili, ictimai-siyasi vəziyyətə dair məsələlər müzakirə olunub. Müsavat Divanı orduda son zamanlar baş vermiş hadisələr, o cümlədən Qaraheybətdəki hərbi hissədə əsgərlərin kütləvi şəkildə zəhərlənməsi, digər hərbi hissələrdə əsgərlərin öz əsgərlərimiz tərəfindən öldürülməsi ciddi narahatlıq doğurub. Müsavat Partiyası iqtidardan baş verənləri obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını və gələcəkdə belə halların baş verməməsi üçün ciddi tədbirlər həyata keçirməsini tələb edib. Milli Məclisin son toplantısında baş vermiş xoşagəlməz hadisə də müzakirə olunan məsələlərin sırasında olub. Divan Milli Məclisin sədri və onun müavinləri tərəfindən müsavatçı deputatların çıxışlarına əngəllər törədilməsini, onlara qarşı nalayiq ifadələr işlədilməsini kəskin pisləyib və bunlara son verilməsi zərurəti haqqında Parlament rəhbərliyinə xəbərdarlıq edib. 01 iyun ? Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Divan Azərbaycan uşaqlarını təbrik edib. 6 aylıq ABŞ səfərindən qayıtmış Qubad İbadoğlu bu haqda Divan üzvlərinə ətraflı məlumat verib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA