Qarabağ və Respublika Uğrunda Hərəkat müxalifətdaxili gərginliyin yaranmasında DUi-ni suçlayır

img

01-06-2009 [06:11]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasındakı soyuq münasibətlər hələ də davam edir. Hətta 28 May - Respublika günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edərkən də, hər iki qurum ayrı-ayrı tədbir keçirdilər. DUİ təsisçilərindən olan Əhməd Oruc isə ?Yeni Müsavat? qəzetinə açıqlama verərək, qarşı tərəfi müxalifətin birliyinin qarşısını almaqda ittiham etdi. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Qarabağ və Respublika Uğrunda Hərəkata daxil oluna Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə DUİ ilə təmsil olunduğu hərəkat arasında hər hansı bir narazılığın olmadığını bildirib. Onun sözlərinə görə, ayrı-ayrı məsələlərə münasibətlər fərqli ola bilər, amma bu, tərəflərin bir-birini qəbul etməməsi anlamına gəlməməlidir. Ə.Orucun ittihamlarına gəldikdə isə, İqbal bəy, müxalifətdaxili gərginlik yarada biləcək hər hansı məsələyə münasibət bildirmək istəməyib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mia.az-a açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları arasında ziddiyyətlərin kulminasiya həddinə çatması barədə məlumatlar qarşı tərəf və mətbuat vasitəsi ilə şişirdilir: ?Qarabağ və Respublika Uğrunda Hərəkatın yalnız iqtidarla problemləri var. Biz, özünü müxalifət adlandıran qüvvələri qətiyyən özümüzə rəqib saymırıq və onlarla heç bir problemimiz yoxdur. Deyilən fikirləri də şərh eləmək istəmirəm, çünki Azərbaycan müxalifətinin kifayət qədər bir arada olduğu məqamda, guya müxalifət arasında kəskin çarpışmalar olması fikrinin yaranması müxalifətin maraqlarına xidmət etmir. DUİ ilə bizim hərəkat arasındakı konflitlərdə mənim də iştirak etməyim barədə deyilənlərin isə heç bir əsası yoxdur. Ümumiyyətlə, bu qurumlar arasında deyilənlər kimi, ziddiyyət mövcud deyil?. A.Hacılı Əhməd Orucun onun barəsində söylədiyi fikirlərə də münasibət bildirib: ?Mənə qarşı fikir səsləndiriblər ki, guya onların hansısa kursuna qarşı çıxmışam. Halbuki mən onların hər hansı kursu irəli sürməsindən məlumatsızam. Yəni bütün bunlar əsası olmadan ortalığa atılmış və süni şəkildə şişirdilmiş, heç də müxalifətin maraqlarına xidmət etməyən fikirlərdir. Şəxsən mən bu konfliktlərin inkişaf etdirilməsində maraqlı deyiləm?. ADP sədri Sərdar Cəlaloğlu isə əvvəllər DUİ-yə qarşı ən sərt ittihamları səsləndirsə də, artıq bu barədə danışmaq istəmədiyini və lazım olan hər şeyi dediyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA