ADP ordudakı son olaylarla bağlı Müdafiə Nazirliyini yarıtmaz fəaliyyətdə ittiham edir

img

01-06-2009 [04:16]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən daxil olub. Məlumata görə, İH ölkə prezidentinin Dağlıq Qarabağla bağlı son bəyanatını təqdir edib və Qarabağın Azərbaycandan qoparılmasına qarşı atılan bütün addımlarda Azərbaycan iqtidarının yanında olduğunu bildirib. İH son vaxtlar Milli Orduda baş verən insidentlərin artmasından narahatçılıq ifadə edib və bu halların baş verməsinin səbəbi kimi orduda yarıtmaz rəhbərlik nəticəsində nəzarətin zəifləməsi faktı ilə bağlı olduğunu bildirib. Toplantı iştirakçıları bu cür xoşagəlməz halların aradan qaldırılması üçün Milli Ordunun rəhbər kadrlarının sistemli olaraq dəyişdirilməsinin və ordu üzərində ictimai nəzarətin təmin edilməsinin vacibliyini diqqətə catdırıb. ADP dövlət büdcəsinə indiki qlobal böhran şəraitində dövlət müəssisələrinin nəhəng borclarının olmasını ölkədə ciddi sosial iqtisadi problemlər yaradacağını bildirməklə yanaşı, özəl sektorun vergiləri ödəmə sahəsindəki iqtidarın göstərdiyi təzyiqlərin, dövlət şirkətlərinə qarşı yönəlməməsini vergi siyasətində ikili standartlar prinsipinin mövcudluğu kimi qiymətləndirib. İH ipoteka kreditinin ayrılmasını müsbət hal kimi dəyərləndirsə də, bu kreditlərin yalnız yeni tikili mənzillərlə məhdudlaşdırılmasını qətiyyətlə pisləyir. Belə ki, bu halda mənzilsiz vətəndaşların böyük əksəriyyətinin nisbətən ucuz olan şəxsi və köhnə mənzilləri almaq imkanları nəzərə alınmır. Eyni zamanda ipoteka siyasətindəki bu cür məhdudiyyətlər şəxsi mənzillərin tikilməsinə də mane olur. Bunlar bir daha göstərir ki, yeni ipoteka kreditlərinin ayrılması monopolist qüvvələrin təsiri ilə siyasi konyukturaya uğrayıb. İH hökumətdən ipoteka kreditlərinin verilməsində hər cür məhdudiyyətlərin aradan götürülməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA