Sənətçilər talassemiyalı uzaqlara qanvermə aksiyasına qozuldular

img

01-06-2009 [04:03]


1 İyun - Beynəlxalq Uşaq Gününə biganə qalmayan Muğam Teatrı talassemiyalı uşaqlara qanvermə aksiyası təşkil edib. Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrdan verilən məlumata görə, aksiyada əsasən sənətçilər iştirak ediblər. Teatrın direktoru Arif Qazıyevin sözlərinə görə, bu tədbir xəstə uşaqlar üçün daha vacibdir: ?Biz həmişə hamıdan fərqlənmək istəmişik. Uşaq günü - oynamaq, oxumaqla bitmir. Həm də bunun onlar üçün nə mənası? Gərək, Uşaq günündə elə bir iş görəsən ki, onlara xeyiri dəysin. Xəstələkdən əziyyət çəkən uşaqlar var. Elələri də var ki, imkansızlıqdan qan əldə edə bilmirlər. Ona görə də Muğam Teatrı talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan vermək aksiyası təklifini irəli sürdü. Müğənnilərin çoxu isə bu aksiyada iştirak etdilər. Hətta elələri vardı ki, çağırılmamış gəlmişdi. Biz Muğam Teatrı adından qanvermə aksiyasında iştirak edən bütün sənət adamlarıa öz minnətdarlığımızı bildiririk?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA