Lalə Şövkət Əli Kərimli ilə zərikli qərargah almayıb

img

01-06-2009 [03:57]


Bir müddət öncə Müstəqil İnformasiya Agentliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şəhərin mərkəzində yeni qərargah alması və hazırda binada təmir işləri aparıldığı barədə məlumat vermişdi. AXCP sədrinin müavini Nurəddin Məmmədli də məsələylə bağlı mia.az-a açıqlama verərkən, məlumatı təkzib etməmişdi. Dünən isə ?Yeni Müsavat? qəzeti yazıb ki, AXCP müttəfiqi Liberal Partiya ilə şərikli qərargah alıb. Məsələylə bağlı mia.az-a açıqlama verən Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan isə məlumatın həqiqətə uyğun olmadığını bildirib: ?Bizim qərargahla bağlı problemimiz hələ də qalır və heç bir partia ilə şərikli qərargah almamışıq?. AXCP sədrinin müavini Həsən Kərimov da Liberal Partiya ilə şərikli qərargah almadıqlarını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA