BQP bələdiyyə seçkilərində iztirak etməklə bağlı qərar qəbul edib

img

30-05-2009 [05:59]


[b]Bu gün Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda bir sıra qərarlar qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə BQP Ali Məclisinin sədrinin sədri Əjdər Əliyev məlumat verib.[/b] Ə.Əliyevin sözlərinə görə, partiyanın qərarı ilə Neftçala rayon təşkilatının sədri Davud Ağalarovun Ali Məclisə üzv olması təsdiq edilib: ?Sonra nizamnamənin müvafiq maddələrinə uyğun olaraq, partiyanın rayon və şəhər təşkilatlarının başçılarından ibarət olan ümumi sayın 13-i qədər olan norma daxilində iki nəfər Ali Məclisə üzv seçiliblər. Onlar Anar Nərimanov və Vüqar Tarıverdiyevdir. Bundan sonra Fazil bəy geniş məruzə ilə çıxış edib və ölkədəki ictimai-siyasi proseslərlə bağlı öz fikirlərini Məclis üzvlərinin diqqətinə çatdırıb?. BQP yetkilisi onu da nəzərə çatdırıb ki, Ali Məclis qarşıdan gələn bələdiyyəseçkiləri ilə bağlı qərar qəbul edib: ?Qərarda qeyd olunur ki, ölkədə yerli özünü idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına, bu sistemin optimallaşdırılmasına və bələdiyyələrin hüquqi normativ bazasının təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu sahədə islahatlar apararkən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinin, həmin nümunələri olduğu kimi deyil, yeni şərtlər də nəzərə alınmaq tətbiqinə əhəmiyyət verilməsi məqsədə uyğun hesab edilsin?. Ə.Əliyev artıq partiyanın yerli təşkilatlarına bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tapşırıqların verildiyini də vurğulayıb. Onun sözlərinə görə, yaxın müddət ərzində namizədlər müəyyənləşdiriləcək və siyahı mərkəzi qərargaha təqdim olunaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA