Müsavat Partiyası aksiyaya hazırlazır

img

30-05-2009 [01:08]


[b]Xəbər verdiyimiz kimi, Müsavat Partiyası İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirməyi qərarlaşdırıb. Artıq partiya bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.[/b] Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə (www.mia.az) açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı aksiyaya hazırlıq işlərinin getdiyini bildirib: ?Piketimiz iyunun 2-də keçirilməlidir. Müraciətimizi Bakı Şəhər İcra Hakimiyyətinə göndərmişik, həhəlik heç bir cavab verilməyib?. A.Hacılı əvvəlki aksiyalarla bağlı BŞİH-nə etdikləri müraciətdən fərqli olaraq, budəfəki müraciətlərinə müsbət cavab alacaqlarını gözləyir: ?Aksiya ilə bağlı müsbət cavab veriləcəyinə ümid bəsləyirəm, çünki piketin məqsədi və məzmunu təkcə Müsavat Partiyasına, daxili siyasət məsələlərinə aid deyil. Bu, ümummilli məsələdir. Düşünürəm ki, hakimiyyət dairələri də bu məsələlərin gündəliyə gətirilməsində maraqlı olmalıdır?. Qeyd edək ki, Müsavat bir müddət öncə efir vaxtının ayrılması tələbi ilə İctimai Televiziyanın da binası qarşısında piket keçirmək niyyətində idilər, amma BŞİH-dən müraciətə mənfi cavab verildiyi üçün aksiya təxirə salınmışdı. Arif bəy hazırda İTV-nin qarşısında aksiya keçirmək məsələsinin gündəmdə olmadığını bildirib və qeyd edib ki, indi İran səfirliyinin önündə keçirəcəkləri aksiyaya hazırlaşırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA