Qulamhüseyn Əlibəyli bələdiyyə seçkilərində əməkdazlığı mümkün sayır

img

29-05-2009 [04:35]


?Bizim əvvəlcədən qərarımız var idi ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edək. Hesab edirik ki, bələdiyyə seçkiləri önəmli prosesdir və bu prosesdə iştirak etmək lazımdır. Ona görə də müvafiq addımlarımızı atırıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Q.Əlibəyli bildirib ki, rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alınacağı halda üzvlər seçkidə partiya adından, əks təqdirdə isə müstəqil namizəd kimi iştirak edəcəklər. ?Aydınlar? sədri bələdiyyə seçkilərində blok şəklində iştirak edəcəklərinin də istisna olunmadığını vurğulayıb. Onun sözlərinə görə, mövqeləri üst-üstə düşən partiyalarla əməkdaşlıq edə bilərlər: ?Artıq əməkdaşlıqla bağlı müəyyən məsləhətləşmələrimiz olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Böyük Quruluş Partiyasından da bu cür təşəbbüslər gəlib. Onlara açıq şəkildə ifadə etmişik ki, seçkilərdə bu partiyalarla blok şəklində iştirak edə bilərik. Amma hələlik bununla bağlı konkret qərar yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA