Uzaqlar üçün klip çəkildi

img

29-05-2009 [04:17]


1 iyun-Uşaqları Müdafiə Günü ərəfəsində "Birliyə doğru" İctimai Birliyi uşaqlar üçün böyük sürpriz etdi. Himayəsiz uşaqları "Jaz klub"a toplayaraq, onları süfrə arxasına oturdan Birlik əsl bayram əhval-ruhiyyəli xeyriyyə konserti təşkil etmişdi. Tədbir çərçivəsində uşaqlar üçün çəkilmiş yeni klip də təqdim edildi. Sözləri və musiqisi iş adamı Tural Bayraməliyevə məxsus "Uşaqları unutmayaq" adlı mahnıya Hüseyn Cavadzadə tərəfindən çəkilən klip hamı tərəfindən müsbət qarşqılandı. Xatırladaq ki, klipdə estradamızın bir sıra ulduzları - xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Mübariz Tağıyev, əməkdar artist Almaz Ələsgərli, Zamiq, Samir Piriyev, Rəhim Rəhimli, Elnarə və "Next" qrupu da öz ifaları ilə yer alıblar. Adıçəkilən sənətçilər konsertdə də uşaqları öz ifaları ilə sevindirdilər. "Uşaqları unutmayaq" mahnısını bir növ uşaqlar üçün yazılmış, onların qayğısına qalmağa səsləyən himn kimi də qəbul etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA