?Nazpəri Dostəliyeva, Brilliant Dadazova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova ?xalq artisti? adına layiq deyillər?

img

29-05-2009 [04:15]


Müğənni Əli Mirəliyevin Müstəqil İnformasiya Agentliyinə eksklüziv müsahibəsi [b]-Əli müəllim, deyəsən, Səməd Səmədov tənqidlərinizdən nəticə çıxarıb. Müğənni Heydər Əliyev Sarayında solo-konsert verməyə hazırlaşdığını deyir...[/b] -Şükürlər olsun ki, Səməd Səmədov mənim nə demək istədiyimi anladı. O, boş-boş danışmaqdansa, gərək konsert verəydi. Qoy sübüt eləsin ki, bu yaşında da oxuya bilir. [b]-Sizcə, Səmədov öz pərəstişkarları ilə Heydər Əliyev Sarayını doldura biləcəkmi?[/b] -Niyə doldura birmir? Əgər 15-20 il camaatı aldadaraq özünə ?Toylar kralı? deyibsə, sarayı niyə doldura bilməsin? Bu, Səməd üçün böyük iş deyil. Faiq Ağayev və başqaları Heydər Əliyev Sarayının doldurursa, Səməd niyə doldura bilməsin? Bəyəm Səməd Faiqdən əskikdir? Mən Səmədi elə reklam etmişəm ki, o, Faiqi də keçəcək. Çünki anti-reklam həm də bir reklamdır. [b]-Sizcə, o, Sizin tənqidinizdən nəticə çıxarıb?[/b] -Səməd 65 yaşlı babadır. Nəvələri var. Amma həmişə başından böyük danışır. Efirdən və telefonla ona dedim ki, get başını sal aşağı, işlə. Bu sözlərim təkcə Səmədə aid deyil. Ümumiyyətlə, müğənnilərin çoxu başından yekə danışır. Bütün günü televizorda maşınlarını, ev-eşiklərini, hətta paltarlarını da reklam etdirirlər. Amma hiss edirəm ki, özündən müştəbeh olanlar son vaxtlar mənim sözlərimdən nəticə çıxarıblar. Gərək müğənilər özlərini elə aparsınlar ki, camaatın gözündən düşməsin. Amma bu gün Azərbaycan incəsənəti bütün xalqın gözündən düşüb. Konsertlərə baxmırlar, hamı teleserillara baxır. Kimin nəyinə lazımdır Məleykə Əsədovanın vannası? O, az qala necə çimdiyini də nümayiş etdirir. Digərləri isə bahalı avtomobillərini və villalarını nümayişə çıxarır. Amma belə olmaz. Axı, camaat kasıb yaşayır. [b]-Telekanalların birində əməkdar artist Cavanşir Məmmədov 4 maşının sahibi kimi təqdim edildi...[/b] -Yəqin onu ələ salıblar. Onun bir köhnə, özü də yığılma maşını var, neçə ildir onu sürür. Hardadır onun 4 maşını? Bu da lap Elzanın heyvanlar üçün verəcəyi konsertə oxşadı. [b]-Elza Seyidcahan heyvanlar üçün konsert verdikdən sonra, şam üçün də konsert verəcəyini bildirib. Bu məsələyə münasibətiniz necədir?[/b] -Elza deyəsən çaşıb. Onu başa salmaqdan yoruldum, amma başa düşmədi ki, düşmədi. Həqiqətən o qadına çatmır... Hələ bir insanlara konsert verib, görsün bunu bacarırsa, sonra heyanları əyləndirər. Bilirsiniz, bu ?ideya?lar nədən irəli gəlir? Çünki onların söz bazası qutarıb. Ona görə də indi də şam üçün konsert verəcəyini deyir. Necə yəni, şama konsert verəcəm? Şam işığını başa düşürəm. Amma bu yaşıma gəlmişəm, şam üçün konsert verilməsini anlamıram. Deyəsən, bizim bəzi sənətçilərin başı şöhrətdən gicəllənir. Çünki çoxları harınlayıb. Elzanın isə mənəvi imkanları bitib, indi isə gicləyir. Sadəcə olaraq, o, çaşıb. Hamı çıxıb pulunu reklam etdirir. Onun da pulu yoxdur, yeni nəsə axtarır. Yəqin reklam olunmağın yolunu heyanlar və şam üçün konsert verməkdə görür. Görəsən, heyvanlar onun mahnılarını hardan başa düşəcəkmi? Heç insanlar onun mahnılarını anlamır. [b]-Flora Kərimova isə İlhamə Quliyeva ilə Faiq Ağayevi ittiham edir, onları sənətçi saymır. Bu məsələyə necə baxarısınız? [/b] -Flora da Elza kimi tükənib. Yaşının bu çağında nə danışdını bilmir. Floranın bu sözləri deməyə ixtiyarı çatmır. İlhamə Quliyeva böyük sənətkardır, amma Faiq Ağayev yox. İlhamə böyük məktəb keçib. Onun keçdiyi məktəbi heç kəs keçməyib. O, adam zəif müğənni ola bilərmi? Bu qadınların arasında nəsə var. Mən çox çalışıram ki, onları barışdıram, amma alınmır. Sərxan da düşüb onların arasına. Lakin bu, Sərxanın başı girəsi kol deyil. [b]-Faiq Ağayevi niyə sənətkar saymırsınız?[/b] -O, oxumur, ağlayır. Ağlamaq oxumaq deyil. Faiq Ağayevin səsi adamı özündən itələyir. Tək Faiq deyil, bizim müğənnilərin 90 faizinin səsi yoxdur. Faiq sadəcə, camaatın başını aldadır. Faiq Ağayev xalqın sevimlisi deyil. O, nə sənətkar kimi sənətkardır, nə də şəxsiyyət kimi şəxsiyyət. Əli Mirəliyev kimi mən heç bir adın sahibi deyiləm. Amma 40 ildir səhnədəyəm, bütün mərhələləri keçmişəm. Bu o demək deyil ki, mən xalqın sevimlisi deyiləm. Xalqın sevimlisiyəm, amma xalq artisti deyiləm. Buna baxmayaraq, bəziləri layiq olmadıqları ?Xalq artisti? adını alıblar. Məsələn, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova ?xalq artisti? adına layiq deyillər.Onlar heç vaxt öz güclərinə və sənətlərinə görə bu adı ala bilməzdilər. Deməli, başqa səbəblər var.

Digər xəbərlər
SON XƏBƏRLƏR