Eldar Namazov: ?Konstitusiya da daxil olmaqla, bizim hüquq sistemimiz anti-demokratikdir?

img

29-05-2009 [01:55]


?Bu gün qanunvericilikdə, o cümlədən Konstitusiya Aktında aparılan dəyişikliklər demokratik prinsiplərə ziddir. Məsələ ondadır ki, bu cür addımlarla demokratiyadan addım-addım uzaqlaşırıq. 18 mart referendum keçiriləndə Avropanın yerli özünü idarətetmə qurumu Azərbaycanı bu qurumdan çıxarılması ilə hədələyirdi. Bütün bunlar onu göstərir ki, Konstitusiya da daxil olmaqla, bizim hüquq sistemimiz anti-demokratikdir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Naminə İctimai Forumun prezidenti son günlər ombudsmanın və baş prokurorun səlahiyyət müddəti ilə bağlı qanuna dəyişiklər edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, nəinki ombusdman və baş prokurorun səlahiyyət müddəti ilə bağlı məsələ, ümummiyyətlə, son dövrlər qanunvericilikdə edilən dəyişikliklər demokratik prinsiplərin əleyhinədir: ?Son illərdə qanunlarda mülkiyyət toxunulmazlığını pozan dəyişikliklər edilib. İndi icra orqanlarının qərarı ilə hər bir sahibkarın mülkiyyəti əlindən alına bilər. Təəssüflər olsun ki, bizim qanunvericilimizdə bir çox bu kimi dəyişikliklər edilib. Əvvəlki illərdə kifayət qədər demokratik prinsiplərə əsaslanan qanunvericiliyimiz var idi. Sadəcə olaraq, həmin qanunlara riayət olunmurdu. İndi isə vəziyyət dəyişib, qanunların özü mürtəceləşdirilib. Hətta indii qanunla insanların hüquqlarını da pozmaq olar. Hesab edirəm ki, bu, çox mənfi prosesdir. Hakimiyyət bu barədə ciddi düşünməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA